"Toylardan yığdığım pulların hamısını marketdə xərclədim"

6 Fevral 2021 16:54 (UTC+04:00)

Kompleksə düşdüm, plastik əməliyyatlar etdirdim. Həyatda problemlərim yox idi, efirdə isə böyük görünürəm. Özümə baxdıqca, getdim əməliyyatlar etdirdim. İndi də buxaq kəsdirdim. Amma gözə gəldim, yara oldu.

AzNews.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "10 qat şou" proqramında deyib. O, etdirdiyi plastik əməliyyatlardan danışıb.

Xatun karantin günlərində qazandığı bütün pulları xərclədiyini söyləyib:

"Geyimə pul xərcləməyi sevmirəm. Karantində isə heç paltar almadım. Yığdığım pulların hamısını marketdə xərclədim. Yığdığımı yığmışam, hələ vəziyyətim yaxşıdır".