"Cəbrayılda olanlar insanlıqdan kənar hərəkətdir" - Əfqanıstan səfiri

6 Fevral 2021 19:46 (UTC+04:00)

“Cəbrayılda gördüyümüz mənzərə çox üzücü və dəhşətlidir”.

AzNews.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun fevralın 6-da Azərbaycandakı xarici diplomatlarla birlikdə Xudafərin körpüsünü ziyarət zamanı deyib.

“Cəbrayıla səfərimiz zamanı gördük ki, insanların məzarlarını qazıblar, sümüklərini çıxarıblar. Bu, insanlıqdan kənar hərəkətdir”,- səfir bildirib.