Liviyada keçid hökumətinin başçıları seçilib

6 Fevral 2021 19:57 (UTC+04:00)

Liviya Siyasi Dialoq Forumu keçid hakimiyyətə Prezident Şurasının sədrini və baş naziri seçib.

AzNews.az “Haber7”yə istinadən xəbər verir ki, məlumatı Liviya Prezident Administrasiyası yayıb.

Bildirilib ki, Məhəmməd əl-Menfi Prezident Şurasının sədri, Abdulhamit Dubeybe isə baş nazir seçilib.

Forum 2021-ci il dekabrın 24-də seçki keçirilməsi haqqında qərar qəbul edib. Məhəmməd əl-Menfi və Abdulhamit Dubeybe bu müddətədək vəzifələrini icra edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın keçid hökumətinin başçılarını təbrik edib, ölkənin ərazi bütövlüyünü dəstəklədiklərini bildirib.