ABŞ sanksiyalarının İrana vurduğu zərər açıqlandı

6 Fevral 2021 22:32 (UTC+04:00)

“ABŞ sanksiyaları səbəbindən İranın neft gəlirlərində təxminən 100 milyard dollarlıq itki olub”.

AzNews.az xəbər verir ki, bunu "IRNA"ya açıqlamasında İran Prezidentinin birinci köməkçisi İshaq Cahangiri bildirib.

“Sanksiyalar neft gəlirlərimizdə təxminən 100 milyard dollar həcmində itkiyə səbəb olub. Bu, baş verməsəydi, hazırda belə iqtisadi şərtlər meydana gəlməzdi”, - o əlavə edib.

Qeyd edək ki, bundan əvvəl İran Prezidenti Həsən Ruhani açıqlamasında ABŞ-ın 2018-ci ildən indiyədək tətbiq etdiyi sanksiyalar səbəbindən ölkəsinin 150 milyard dollar itirdiyini bildirmişdi.