Bakıda yol qəzası - xəsarət alan var

6 Fevral 2021 23:21 (UTC+04:00)

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü Fərzəliyeva Aytən Fərhad qızı müxtəlif xəsarətlər alıb. Yaralı təcili yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.