Bakıda 27 yaşlı gənc ürəyindən vuruldu

12 İyun 2013 09:03 (UTC+04:00)



Bakının Nizami rayonunda 27 yaşlı oğlan ürəyindən vurulub. Rayon Polis İdarəsindən verilən məlumata görə, NZS qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü Kənan Mirzəmmədov bıçaqlanıb. Bıçaq onun sinəsindən vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (anspress)

AzNews.az