TürkPA-nın yeni baş katibi seçildi

12 İyun 2013 09:26 (UTC+04:00)
Jandos Asanov TürkPA-nın yeni baş katibi seçilib. APA-nın məlumatına görə, bu barədə qurumun Ankarada keçirilən 4-cü plenar iclasında qərar qəbul olunub.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin nümayəndələri ölkələr arasında əməkdaşlığın aktivləşdirilməsi, xalqlar arasında dialoqun genişləndirilməsi, Qırğızıstanın TürkPA-ya sədrliyinin nəticələri ətrafında fakir mübadiləsi aparıblar.

İclasın yekununda TürkPA-nın Ankara Bəyannaməsi qəbul olunub. Qurumun növbəti iclası 2014-cü ilin iyununda Azərbaycanda keçiriləcək.

Xatırladaq ki, TürkPA-nın toplantısında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov da iştirak edib.

AzNews.az