ÜST dünyanı ələ saldı

7 Fevral 2021 18:29 (UTC+04:00)

Daha öncələr geniş kütlələr üçün nəzərdə tutulan məlumatları paylaşanlar onu bir ağıla, məntiqə "sığdırıb", daha sonra paylaşardılar.
İndi, bütün dünyada, yerli və beynalxalq təsisatların idarəçiliyinə "darışmış" gerizəkalılar baş verənlərlərlə bağlı izahlarını öz İQ dərəcələrinə görə şərh edirlər.

Bu sahədə də ən "öndə gedəni" , bir il ərzində bir açıqlaması öncəkinin əksinə gedən, bir birini təkzib gedən rəyləri ilə dünyanı ələ salan Ümümdünya Səhiyyə Təşkilatıdır.
"Təyinatı" tam aydın olmayan bu təşkilatın Efiopiyadan olan rəhbəri Tedros Qebreisus dünyanı da özünün və ölkəsinin çöllərindəki tayfa və qəbilədəki savad səviyyəsi ilə eyni tutur. (Bu milli, dini, irqi deskriminasi deyil, yaşam və savad tərzinə aid faktların təsbitidir)

Ümumdünya Səhiyyə Təşkilatının koronavirus covid-19 mənşəyini araşdırmaq üçün bir ildən sonra Çinin Uhan şəhərinə səfər edən nümayəndə heyyəti virusun Uhandakı qida bazarından qaynaqlandığına dair bir dəlil tapmadığını bildirir.
Missiyanın aralıq rəyi də belədir ki, virus Uhan şəhərinin bazarından yayılmayıbmış.
ÜST-ün Çinin Uhan şəhərinə səfər edən nümayəndə heyyəti Çin Milli Elmlər Akademiyasının patogenlərin araşdıran Uhan virusologiya İnstitutunu qoyub , bazardan qaynaq axtarır....
İlk gündən də virusun Uhan bazardan yayılması ehtimalı Uhan virusologiya İnstitutundan yayılması faktını gizlətmək üçün ortaya atılıb.

2018 ilə aid çin dillində olan bir sıra mənbələrdə Uhan virusologiya İnstitutunun Çin Elmlər Akademiyasının institutu deyil, müdafiə sənayesinin labaratoriyası kimi göstərilir.
2018 ci ilə kimi təyinatı hərbi labaratoriya olan, həmin ildən təyinatı virusalogiya institutuna dəyişdirilmiş mərkəzdən 2019 cu ilin sonunda, bütünlükdə 2020 ci ili iflic edən virus yayılır və nəticədə də Çin trilyonlarla fayda görür.
2021 ci ildə də ÜST-ün nümayəndə heyyəti Uhana səfər edib, bazardan qaynaq tapmır.
Məncə ÜST dünyanı bu səfərlə sadəcə ələ saldı ..

Yeganə Hacıyeva