ABŞ İrana qarşı sanksiyaları ləğv etməyəcək

7 Fevral 2021 20:23 (UTC+04:00)

Birləşmiş Ştatlar İranı nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qaytarmaq üçün tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək.

AzNews.az-ın məlumatına görə, bunu Amerika prezidenti Co Bayden “CBS” televiziyasına verdiyi müsahibəsində deyib.

Dövlət başçısından rəsmi Tehranı JCPOA müzakirələrinə qaytarmaq üçün ilk addımı atıb İran əleyhinə sanksiyaları ləğv edib-etməyəcəyi soruşulub.

Bayden suala cavabında “Xeyr” deyib.