Ərdoğan xarici mətbuatı ittiham etdi

12 İyun 2013 09:37 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan xarici mətbuatı Türkiyədəki məlum olaylarla bağlı dezinformasiyalar yaymaqda suçlayıb. Belə ki, son günlər Türkiyədəki aksiyaların dünya mətbuatında geniş işıqlandırılması baş nazir Rəcəb Tayiib Ərdoğanı özündən çıxarıb.

Onun sözlərinə görə, ölkədəki gərginliyin onsuz da kifayət qədər yüksək olduğu bir vaxtda mətbuatın dezinformasiya yayması insanları daha da gərginləşdirir, əsəbləri pozur.

" Xarici mətbuat hər şeyi çox qabardır. Səbəbini anlaya bilmirəm. Yayılan dezinformasiyalar isə narazılığı daha da artırıb. Bu göz qabağındadır",- deyə baş nazir dünən çıxışında bildirib.

Ərdoğanın sözlərinə görə, etirazın mənfi təsiri ilk növbədə özünü ölkə iqtisadiyyatında göstərməyə başlayıb.

Məlumat üçün deyək ki, bu gün Ərdoğanın etirazçılarla görüşü planlaşdırırlır.

Aynur Hüseynova
AzNews.az