"ASAN xidmət"in mərkəz direktoru vəzifəsindən azad edildi - SƏBƏB

8 Fevral 2021 10:15 (UTC+04:00)

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru Tağı Tağı-Zadə vəzifəsindən azad edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.

T.Tağı-Zadənin işdən çıxması yeni vəzifəyə təyin olunması ilə əlaqədardır.

Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.

Qeyd edək ki, 32 yaşlı T.Tağı-Zadə 2018-ci ildən "İnnovasiyalar Mərkəzi" MMC-nin direktoru olub. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər MMC-nin direktor müavini vəzifəsində çalışıb.

AzNews.az