11 yaşlı qıza nişan mərasimi keçirdilər

8 Fevral 2021 12:02 (UTC+04:00)

Gürcüstanda 11 yaşlı qız üçün nişan mərasimi keçirilib.

Gürcüstanın azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) adlanan ərazisində bir ailə öz övladına nişan mərasimi təşkil edib. Sosial şəbəkələrdə yayılaraq böyük səs-küyə səbəb olan videonun 1 həftə öncə çəkildiyi bildirilir. Nişan mərasimində 11 yaşlı qızın ailəsi və qohumları da iştirak edib.

Məsələ ilə bağlı Xalq Müdafiəçisinin (Ombudsman Aparatı) Kvemo-Kartlidə gender məsələləri üzrə mütəxəssisi Mari Gvidianiyə də məlumat verilib. (lent.az)

AzNews.az