Ağ Evdən daha bir Taksim bəyanatı
12 İyun 2013 09:48 (UTC+04:00)
Dünən Türkiyənin İstanbul şəhərinin Taksim meydanında aksiyaçılara polis müdaxiləsi Ağ Evin narazılığı ilə qarşılanıb. Ağ Ev yaydığı açıqlamada polisin güc tətbiq etməsini insan hüquq və azadlıqlarına zidd olunduğunu vurğulayıb.
ABŞ prezidentinin beynəlxalq təhlükəsizlik məsələləri sözçüsü Caitlin Haydenin adından yayılan açıqlamada Türkiyədəki hadisələri narahatlıqla izlədiyi vurğulanıb: "İfadə azadlığı hüquqlarından istifadə edənlərin cəzalandırılması istiqamətində hər hansı cəhdin şiddət təbliğ etmək istəklərindən narahatlığımızı ifadə edirik. Məsələnin dialoq vasitəsilə həll ediləcəyinə inanırıq. Türkiyə ABŞ-ın yaxın dostu və müttəfiqidir. Türkiyənin səlahiyyətli şəxslərinin bu əsas azadlıqlarının tərəfdarı olacaqlarına ümid edirik".
Elnarə
AzNews.az