Prezident Yusif Axund-zadəni təltif etdi

8 Fevral 2021 16:06 (UTC+04:00)

Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət” ordeni ilə təltif edilib.

AzNews.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə mükafatlandırılıb.

Qeyd edək ki, Y.Axund-zadə 1946-cı il Bakı şəhərində anadan olub. General-Mayor Y.Axundzadə 1992-ci ildən etibarən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin Hərbi Orkestr Xidmətinin rəisidir. O, Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi və xalq artistidir.