Ermənistan müxalifəti Koçaryanı dəstəkləyəcək?

8 Fevral 2021 18:30 (UTC+04:00)

Ermənistan müxalifəti ehtimal olunan növbədənkənar parlament seçkiləri ilə bağlı müzakirələri davam etdirir.

AzNews.az xəbər verir ki, Daşnaksütyun partiyasının rəhbərlərindən sayılan İşxan Saqatelyan qarşıdakı seçkilərdə eks-prezident Robert Koçaryanı dəstəkləyib-dəstəkləməyəcəkləri barədə qərar vermədiklərini söyləyib.

“Biz müvafiq qərar olmadan seçkilərdə iştirakla bağlı müzakirələri düzgün saymırıq”-deyə Saqatelyan bildirib.

Partiya funksionerinin sözlərinə görə, əsas məqsəd indiki hökuməti hakimiyyətdən uzaqlaşdırmaq olacaq”.