11 yaşlı azərbaycanlı qızın nişanlanması ilə bağlı istintaq başlandı

8 Fevral 2021 22:07 (UTC+04:00)

Gürcüstanın Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Poniçala (Soğanlı) kəndində iki azyaşlının nişan mərasimi ilə bağlı yayılan video ilə əlaqədar istintaqa başlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in yaydığı məlumatda deyilir.

Bildirilir ki, Tbilisi polis idarəsinin yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin müdiri video yayımlandıqdan dərhal sonra hərəkətə keçib və Gürcüstan Cinayət Məcəlləsinin 150-ci maddəsinin 2-ci hissəsinin A bəndinə əsasən istintaq başladılıb.

Videoda qeyd olunan halların müəyyənləşdirilməsi üçün göstərilən cinayət işi üzrə bütün istintaq və prosessual hərəkətlər aparılır.