Toğrul Nərimanbəyov sabah dəfn olunacaq - Fransada

12 İyun 2013 10:34 (UTC+04:00)
Bir neçə gün öncə dünyasını dəyişən Azərbaycanın görməkli rəssamı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ və Azərbaycan Xalq Rəssamı Toğrul Nərimanbəyov sabah dəfn olunacaq. Modern.az-ın məlumatına görə, rəssam sabah Fransada torpağa tapşırılacaq.

Toğrul Nərimanbəyovun doğma vətənində dəfn olunması gözlənilsə də həyat yoldaşı təkidlə onun yaşadığı Fransada torpağa tapşırılmasını israr edirdi.

Qeyd edək ki, SSRİ və Azərbaycan Xalq Rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Fərman oğlu Nərimanbəyov ömrünün 83-cü ilində vəfat edib. Azərbaycanın dövlət və hökumət rəsmiləri də Toğrul Nərimanbəyovun vəfatı ilə əlaqədar başsağlığı veriblər.

AzNews.az