Milyoner 64 milyona tikdirdiyi evi sökəcək - SƏBƏB

9 Fevral 2021 11:35 (UTC+04:00)

İngiltərəli milyoner Patrik Diter Fransanın Qrass şəhərində 64 milyon dollara tikdirdiyi evini məhkəmənin qərarı ilə sökməli olacaq.

Bu barədə “The Insider” yazır.

Qeyd edək ki, Fransanın Ali məhkəməsi belə bir qərarı evin heç bir icazə olmadan qorunan meşə zonasında tikildiyi üçün verib. Diterə məhkəmənin qərarının icrasına 18 ay verilib.

Evin sahibinin özü də etiraf edib ki, 2016 və 2017-ci illərdə keçirilən dinləmələrdə qəsrin tikilməsi üçün icazə almağı unudub.

Nəşrin məlumatına əsasən, ev 2000-2011-ci illər arasında tikilib. Hazırda evdə laundc-zon, XV əsrə aid soba, çaxır zalı olan zirzəmi, italyan stilində salınmış bağa açılan mətbəx var. Orada 36 nəfərədək qonaq yerləşdirilə bilər. (BiznesMedia)

AzNews.az