"Clubhouse" proqramını qadağan edən ilk ölkə

9 Fevral 2021 11:40 (UTC+04:00)

Çin yalnız “iPhone” və “iPad”də işləyən və dəvət ilə daxil olmaq mümkün olan “Clubhouse” proqramını qadağan edən ilk ölkə olub.

Çinli istifadəçilər senzuradan yayınmaq üçün “Clubhouse” tətbiqetməsini seçərək Uyğur türkləri və Tayvanın müstəqilliyi kimi məsələləri müzakirə ediblər. Bu səbəblər əsas götürülərək artıq son saatlardan etibarən Çində VPN istifadəçiləri xaric sözügedən tətbiqdən istifadə etmək mümkün deyil.

Qeyd edək ki, ABŞ ilə ticarət müharibəsi aparan və koronavirusun başlanğıc nöqtəsi olan Çin bəzi internet proqramlarına qapalı ölkədir. Çində “Google” xidmətlərinə və ya “Facebook” kimi sosial media platformalarına giriş qadağandır. Belə ki "Weibo" kimi ölkənin özünə aid platformalarından istifadə olunur. (BiznesMedia)

AzNews.az