Gələcəkdə Azərbaycanla əməkdaşlıq daha da genişlənəcək - Britaniyalı nazir

9 Fevral 2021 13:52 (UTC+04:00)

"İkitərəfli münasibətlərimizə gəldikdə, biz bir çox sahələrdə əməkdaşlıq edirik".

AzNews.az xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri Vendi Morton fevralın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.

"Əminəm ki, gələcəkdə bu əməkdaşlıq daha da genişlənəcəkdir. Mən dünən səfirimiz tərəfindən təşkil olunmuş proqram sayəsində Azərbaycan mədəniyyəti ilə tanış oldum", - o bildirib.

Görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” konsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.