Ölkədə rəsmi çalışan işçilərin sayı açıqlanıb

9 Fevral 2021 23:45 (UTC+04:00)

2021-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 691,8 min nəfər olub.

AzNews.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, muzdla çalışan işçilərin sayı ötən illə müqayisədə 45,2 min nəfər və ya 2,7 faiz artıb.

Onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 781 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13 faizi isə iqtisadiyyatın digər sahələrində çalışıb.