Şəmkirdə avtomobil aşıb

10 Fevral 2021 21:33 (UTC+04:00)

Şəmkir rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Aşağı Keçili kəndində qeydə alınıb.

Belə ki, Fuzuli Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin aşması nəticədə sürücü və onun sərnişini, 1988-ci il təvəllüdlü Yeganə Səfərova müxtəlif bədən xəsarəti alıb.

Yaralılardan F.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Digər yaralının vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

AzNews.az