Zakir Həsənov Türkiyəyə gedib

11 Fevral 2021 10:23 (UTC+04:00)

Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov fevralın 11-də bu ölkəyə yola düşüb.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Z.Həsənov Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi-2021”-in yekun mərhələsini izləyəcək.