Dumanlı hava şəraiti sabah da davam edəcək?

11 Fevral 2021 10:56 (UTC+04:00)

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova deyib. O bildirib ki, arabir güclənən cənub-şərq küləyinin üstünlüyü yerüstü təbəqədə havanın temperaturunun aşağı düşməsinə və inversiya yaranmasına səbəb olub: "Bu da dumanın əmələ gəlməsinə şərait yaradır. Fevralın 11-12-də fasilərlə duman olacağı gözlənilir”. (APA)

AzNews.az