Əməkdar artist:"Dekabrda müayinədən keçdim, dedilər ki..."

11 Fevral 2021 14:41 (UTC+04:00)

İnşallah ikinci dəfə fevral ayının sonu mart ayının əvvəlində müayinədən keçəcəm. Düşünürəm ki, bütün analizlərin nəticələri yaxşı çıxar. Xəstə olduğum müddətdə sənət yoldaşlarımdan çox böyük dəstək gördüm. Bəziləri zəng etdi, bəziləri ilə çəkilişlərdə görüşdük, bir çoxu isə xəstəxanaya yanıma gəldi. Xəstəxanaya o qədər sənət dostum gəlmişdi ki, hərəsinə 5 dəqiqə vaxt vermişdilər”

Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Tünzalə Əliyeva deyib.

Aktrisa bildirib ki, özü işləsə də, pandemiyaya görə həyat yoldaşı işsiz qalıb.

“Pandemiya olduğuna görə yoldaşımın çalışdığı sahədə hələ ki, durğunluq var. Ona görə də hal-hazırda bir çoxları kimi o da fəaliyyətsiz qalıb, işləmir. Ümumən iş adamıdır, işləyir. Elə özüm də çəkiliş olanda gedib -gəlirəm, olmayanda isə evdə otururam. Teatrdakı fəaliyyətimlə onlayn məşğul oluram. Tamaşaların məşqini zoom proqramı vasitəsilə edirik, teatrın səhifəsində tamaşalarımızı yayımlayırıq. Amma canlı görüş tam başqadır. İnşallah ki, xəstəlik bitər və tamaşaçılarımızla görüşərik” deyə aktrisa bildirib.

Əməkdar artist bir müddət əvvəl “Bizimləsən” verilişində evinin kredit borcu üçün pul yığdığına görə onu qınayanlardan da danışıb.

“Bəli, çox qınandım, əsas odur ki, hər şey indi yaxşıdır. Boş verin getsin. İrəli getmək lazımdır, mən keçmişə baxmıram. Onları unutmuşam, çalışıram ki, əsəbləşməyim, səhhətimi qoruyum. Heç vaxt ümidimi üzməmişəm, itirməmişəm. Düzdü, çox çətinlik çəkdim. Yenə də Allahdan, həkimlərdən ümidim üzülmədi. Mən insanları sağlam görmək istəyirəm, Allah heç bir bəndəyə xəstəlik verməsin”, - deyə əməkdar artist bildirib. (Moderator.az)

AzNews.az