Mikayıl Cabbarov vergi işçilərini təbrik edib

11 Fevral 2021 16:32 (UTC+04:00)

“Vergi sisteminin iqtisadi tənzimləmədə rolu əhəmiyyətli dərəcədə artıb”.

AzNews.az xəbər verir ki, bunu 11 fevral vergi işçilərinin peşə bayramı münasibəti ilə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Vergilər fiskal vəzifələrini icra etməklə yanaşı, rəqabətli biznes mühitinin formalaşmasında fəal iştirak edir, vicdanlı vergi ödəyicilərinin etibarlı tərəfdaşıdır”, - deyə o, qeyd edib.