BMT-dən Ərdoğana xəbərdarlıq
12 İyun 2013 11:33 (UTC+04:00)
Birləşmiş Millət Təşkilatından Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana müraciət edib.
AzNews.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, BMT-nin sözçüsü Martin Nesirski qurumun Nyu Yorkdakı binasında keçirdiyi mətbuat konfransında BMT-nin baş katibi Pan Ki Munun Ərdoğana müraciətini dilə gətirib.
O bildirib ki, BMT-nin baş katibi Türkiyə hökumətini sakitliyə və fərqli fikir sahibləri ilə dialoq qurmağa dəvət edir: "Demokratik dövlətin başlıca funksiyayalarından biri olan sərbəst toplaşma və ifadə azadlığına hörmət edilməlidir. Mitinqlər sülhpərvər olmalıdır".
Anar
AzNews.az