Ərdoğan Taksim aksiyalarını işıqlandıran 4 kanalı cəzalandırdı

12 İyun 2013 11:37 (UTC+04:00)
Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) Taksim aksiyalarını yayımlayan 4 kanalı cərimələyib.

AzNews.az-ın türk mətbuatına istinadən xəbərinə görə, RTÜK-dəki AKP-li üzvlərin təklifi və səsləri ilə Türkiyənin Xalq, Ulusal, Cem və Em TV-ləri cəzalandırılıb.

Bu kanallar aksiyalardan yayımladıqları görüntülər və verdikləri xəbərlərlə xalqı qızışdırmaqda günahlandırılıb.

Kanalların hər birinə ötən ay əldə etdikləri reklam gəlirlərinin 2 faizi həcmində pul cəzası kəsilib.

Anar
AzNews.az