"Twitter" 16 ölkənin hökumət strukturlarına məxsus səhifələri üçün rəsmi etiketlər təqdim edəcək.
AzNews.az xəbər verir ki, bu barədə "Twitter"in mətbuat xidməti açıqlayıb.
Rəsmi açıqlamada qeyd olunub ki, "Twitter"gələn həftə sosial şəbəkəyə daha 16 ölkənin hökumət strukturlarına aid olan rəsmi etiketlər əlavə edəcək.
Fevralın 17-də rəsmi etiketlər G7 ölkələrinin və "Twitter"in əlaqələndirdiyi ölkələrin hesablarına paylanacaq. Beləliklə, siyahıya Kanada, Kuba, Ekvador, Misir, Almaniya, Honduras, İndoneziya, İran, İtaliya, Yaponiya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya, Tayland, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri daxildir. Bir neçə ay ərzində sosial şəbəkə dövlət mediasının hesablarına xüsusi etiketlər əlavə etmək niyyətindədir.
Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələr (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya və Çin) tərəfindən ötən ilin avqust ayında bu cür işarələr alınıb.