"Milan" İbrahimoviçə əvəzləyici tapıb

12 Fevral 2021 17:38 (UTC+04:00)

27 yaşlı futbolçu Turin təmsilçisi ilə müqaviləni uzatmaq istəmir.

Buna səbəb Belottinin titul qazanmaq iddialardır. Futbolçu daha güclü klubda çıxış edib mükafatlar əldə etmək arzusundadır.

Müqaviləsi 2022-ci ilin yayında başa çatacaq Belottinin xidmətində “Milan” maraqlıdır. “Rossonyeri” Andreanı 39 yaşlı Zlatan İbrahimoviçi əvəzləyəcək forvard kimi görür.

Qeyd edək ki, Belotti “Torino”dakı 6 mövsümdə A seriyasında 90 qol vurub. (Apasport.az)

AzNews.az