Tbilisi bazarında yanğın baş verib

12 Fevral 2021 23:41 (UTC+04:00)

Tbilisidə Eliava bazarı adlanan ərazidə güclü yanğın baş verib.

AzNews.az xəbər verir ki, yanğın tikinti materialları anbarında başlayıb.

Hadisə yerinə Gürcüstan Fövqəladə Halların İdarəetməsi xidmətinin 14 yanğınsöndürmə heyəti cəlb edilib. Yanğının lokallaşdırılması istiqamətində işlər aparılıb.(APA)

AzNews.az