9-cu sinif şagirdi intihar edib- Azərbaycanda

12 İyun 2013 12:12 (UTC+04:00)


Beyləqan Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1998-ci il təvəllüdlü Hümbətova Fatimə Vahid qızı özünü yaşadığı evdə asaraq intihar edib.

Prokurorluqdan həmçinin bildirilib ki, intihar edən qız 9-cu sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün də Şəmkir rayonunda 10-cu sinif şagirdi intihar edib.

AzNews.az