"Rəsmi Bakının nümayəndəsi Arayik Arutyunyanla görüşüb" - Turan Agentliyindən şok iddia

12 Fevral 2021 23:03 (UTC+04:00)

12 fevralda Rusiya sülhməramlılarının komandanı general Rüstəm Muradovun vasitəçiliyi ilə Bakının Dağlıq Qarabağdakı rəsmi nümayəndəsi ilə separatçıların lideri Arayik Arutyunyan arasında görüş keçirildi.

"Turan" agentliyinin xəbərinə görə, Arutyunyanın mətbuat katibi bu barədə rəsmi Bakının təmsilçisinin adını və iclasın konkret yerini göstərmədən məlumat verib. Eyni mənbədən verilən məlumata görə, iclasda Qarabağ Təhlükəsizlik Xidmətinin rəisi Armen Abazyan da iştirak edib.

Görüş zamanı əsirlərın azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı və digər humanitar məsələlər müzakirə edildi. Ermənistan tərəfi bildirir ki, 1990-cı illər müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı məsələlər də müzakirə edilib.

Rəsmi Bakı hələ belə bir görüşün keçirilməsini təsdiqləməyib.