Çavuşoğlu Bəxtiyar Vahabzadə ilə bağlı paylaşım edib

13 Fevral 2021 14:28 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar paylaşım edib.

AzNews.az xəbər verir ki, bu barədə XİN rəhbəri sosial şəbəkədki səhifəsində məlumat yayıb: "Can Azərbaycanın istiqlal şairi Bəxtiyar Vahabzadənin vəfatının 12-ci ildönümünü hörmət və rəhmətlə anıram. Şeirləri bütün könül coğrafiyamızda əks-səda verməyə davam edəcək”.