İtaliyanın yeni baş naziri və hökumət üzvləri and içib

13 Fevral 2021 15:32 (UTC+04:00)

Mario Draqinin başçılıq etdiyi İtaliyanın yeni hökumətinin üzvləri and içib.

Təntənəli mərasimdə İtaliya prezidenti Serco Mattarella da iştirak edib.

Məlumata görə, yeni Nazirlər Kabinetinin 23 üzvü var. Hökumətdə bütün siyasi partiyalar təmsil olunur. Keçmiş baş nazir Cüzeppe Kontenin hökumətindək bəzi nazirlər, o cümlədən xarici işlər naziri Luici Di Mayo, daxili işlər naziri Luçanu Lamorceze, müdafiə naziri Lorenso Querini, səhiyyə naziri Roberto Speransu, mədəniyyə naziri Dario Françeskini öz postlarını qoruyub.

Qeyd edək ki, Avropa Mərkəzi Bankının keçmiş başçısı Mario Draqi fevralın 12-də yeni hökumətə başçılıq etmək üçün prezidenti Serco Mattarellanın təklifinə razılıq verib. (report)

AzNews.az