“Xalidə Xalid istirahət edir”

12 İyun 2013 12:36 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədəbiyyat İnstitutunun direktor əvəzi Teymur Kərimli deyib.

T. Kərimli X. Xalidin bundan sonrakı elmi fəaliyyəti ilə bağlı məsələyə də aydınlıq gətirib. O deyib ki, hələlik onun nə zaman instituta qayıdacağı və elmi fəaliyyətlə məşğul olacağı bilinmir: "Hazırda Xalidə Xalid istirahət edir. Hələki o instituta gəlmədiyi üçün onun İrana icazəsiz getməsi ilə bağlı məsələyə dair bir söz deyə bilmərik. Gəlsin görək nə olur. Hələlik bu məsələyə dair heç bir qərar olmayıb".

Qeyd edək ki, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onların hər ikisi iyunun 6-da Azərbaycana qaytarılıb.

AzNews.az