"Hamımız ayıq olmalıyıq" - İran prezidenti əhaliyə xəbərdarlıq edib

14 Fevral 2021 09:47 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib.

İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri “qırmızı bölgə” kateqoriyasına aid edib.

Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib: “Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq” (APA)