Paytaxt küçələrində “reklam ovu”na başlanılır

12 İyun 2013 13:24 (UTC+04:00)



Azərbaycan Dil Qurumu İctimai Birliyi Prezident yanında QHT Şurasının dəstəyi ilə paytaxtdakı elan, reklam lövhələri və çarxlarının dil normalarına uyğunluğu ilə bağlı monitorinqə başlayır.

Bu barədə AzNews.az-a qurumundan məlumat verilib.

Məlumata görə, monitorinq iyun ayının 20-yə qədər davam edəcək.

Qurumun məlumatında bildirilir ki, araşdırmanın nəticəsi mətbuata açıqlanacaq və aşkarlanan nöqsanların aradan qaldırılması üçün reklam şirkətlərinə müraciətlər göndəriləcək.

Qeyd edək ki, Bakıda yayımlanan reklam lövhələrindəki dil qüsurları uzun müddətdir müzakirə olunur. Bu mövzu ekspertlərin narahatlığına səbəb olan məsələlərdəndir.

Anar
AzNews.az