Məşhur fotojurnalist fotoaparatını satmaq istəyir

16 Fevral 2021 16:35 (UTC+04:00)

Məşhur fotojurnalist Rza Diqqəti fotoaparatını satıb əldə edəcəyi vəsaiti “YAŞAT” fonduna köçürmək niyyətindədir.

Bu barədə soydaşımız bir sıra yerli KİV-lərin rəhbərlərilə görüşündə bildirib.

Onun dediyinə görə, həmin fotoaparatla Vətən müharibəsini çəkib.

“Hərbçilərlə səngərlərdə olmuşam, onlarla bir yerdə çörək yemişik. Odur ki, şəhid övladları elə öz övladlarım kimidir mənim üçün”, - R.Diqqəti kövrək halda bildirib. (report)

AzNews.az