“İzahlı dini terminlər lüğəti” nəşr olunub

17 Fevral 2021 15:00 (UTC+04:00)

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) tərəfindən “İzahlı dini terminlər lüğəti” nəşr olunub.

Lüğət İlahiyyat İnstitutunun müəllim heyəti tərəfindən hazırlanıb. Terminlər əlifba sırası ilə verilib, lüğəvi və terminoloji mənaları izah edilib.

Qeyd edək ki, lüğət hazırlanarkən yalnız İslam dini ilə əlaqəli terminlərin deyil, həmçinin digər böyük dünya dinlərində də istifadə olunan əsas ifadələrin izahı verilib. Terminlərin şərhləri və izahında həm yerli, həm də xarici ölkələrdə çap olunmuş elmi-dini ədəbiyyatlardan istifadə olunub. Həmçinin kitabın hazırlanması zamanı Azərbaycan, ərəb, türk, ingilis, rus və fars dillərində yazılmış müxtəlif lüğətlərdən, ensiklopediyalardan, eləcə də təfsir, hədis, fiqh, kəlam, təsəvvüf, fəlsəfə, tarix, antropologiya, dinlər tarixi, din sosiologiyası, din psixologiyası, din fenomenologiyası və başqa sahələrdəki kitablardan istifadə olunub. (APA)

AzNews.az