Həmyerlimiz Dünya çempionatında ikinci oldu

12 İyun 2013 13:37 (UTC+04:00)
Azərbaycanlı tələbə kikboksinq üzrə Dünya çempionatında 2-ci yeri qazanıb.

Trend-in məlumatına görə, Odlar Yurdu Universitetinin tərcümə və pedaqoji fakültəsinin II kurs tələbəsi Baxışov Ələsgər İlqar oğlu Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Kickboxing üzrə II Dünya çempionatında gümüş medal qazanıb.

38 dövlətin iştirak etdiyi çempionatda Odlar Yurdu Universitetinin tələbəsi 90+ çəki dərəcəsində çıxış edib.

Finalda da bütün döyüşü üstünlüklə keçirən həmyerlimiz yumruq zərbəsi ilə ispan döyüşçüsü Karmello Fernandesi nokauta göndərmək məqsədi ilə həlledici addım atmağı qərarı alıb.

Yaxın döyüş vəziyyətində hakimin "Break" səsindən sonra döyüşçülər məsafəyə ayrılarkən Ələsgərin həlledici zərbəsi boşa çıxıb. Çiyni çıxan Ələsgər xəsarət alıb və hakim həmyerlimizə texniki məğlubiyyət verib. Bundan sonra Odlar Yurdu Universitetinin tələbəsi gümüş medalla kifayətlənmiş olub.

AzNews.az