Giorgi Qaxariya Gürcüstanın hakim partiyasını tərk edib

18 Fevral 2021 15:23 (UTC+04:00)

Gürcüstanın bu gün istefa verən baş naziri Giorgi Qaxariya hakim Gürcü Arzusu Partiyasının sıralarını da tərk edib.

Bu barədə partiyanın üzvü Nikoloz Samxaradze məlumat verib.

“Bildiyim qədər o, partiyanı da tərk edib”, - deputat deyib.

Qeyd edək ki, G.Qaxariyanın istefası onun hakim komanda ilə olan fikir ayrılıqları ilə əlaqələndirilir. (report)

AzNews.az