Xanlar Vəliyev həbs olunan qazi mayorun işini nəzarətə götürdü

18 Fevral 2021 20:00 (UTC+04:00)

Hərbi Prokurorluq tərəfindən barəsində həbs qətimkan tədbiri seçilərək saxlanılan vətən müharibəsi iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı prokurorluğa dəvət olunub.

AzNews.az xəbər verir ki, bu barədə zabitin həyat yoldaşı məlumat verib. O bildirib ki, hərbi prokururluğun səlahiyyətli nümayəndəsi tərəfindən qəbul edilərək dinlənilib. Ona Ziya Kazımovla bağlı məsələnin rəhbərliyin nəzarətində olduğu bildirilib və obyektiv araşdırılacağı ilə bağlı söz verilib.(Unikal.org)

AzNews.az