Bakı-Şamaxı yolunda dəhşətli qəza - Yeniləndi

12 İyun 2013 17:57 (UTC+04:00)



Azərbaycanda baş verən yol qəzasında ölən daha iki nəfərin adı açıqlanıb. APA-nın məlumatına görə, qəza nəticəsində ölən digər iki sərnişin Aygün və Günay adlı qızlardır. Qəza nəticəsində dünyasını dəyişən digər sərnişinin şəxsiyyəti hələlik müəyyənləşdirilməyib.

Qəza nəticəsində ağır xəsarət alan 1993-cü il təvəllüdlü Cavad Cəlal oğlu Mustafayev Respublika Klinik Xəstəxanasına yerləşdirilib.


* * *

16:50

Bakı-Şamaxı yolunda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

Abşeron rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, "10-SF-616" dövlət nömrə nişanlı "LAND CRUİSER" markalı avtomobillə "90-JF-298" dövlət nömrə nişanlı "HOVA" markalı yük maşınının toqquşması nəticəsində xəsarət alan, 1981-ci il təvəllüdlü İsmayıl Quliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralının isə vəziyyəti ağır olaraq qalır.

Polisdən, həmçinin bildirilib ki, qəza zamanı dünyasını dəyişən 3 nəfərin şəxsiyyətini müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Fakta bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


***

16.00

Azərbaycanda ağır yol qəzası baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, yol qəzası Bakı-Şamaxı yolunun 36-cı kilometrliyində qeydə alınıb.

"10-SF-616" dövlət nömrə nişanlı "LAND CRUİSER" markalı avtomobillə "90-JF-298" dövlət nömrə nişanlı "HOVA" markalı yük maşını toqquşub. Qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib.

Ölən və yaralanan şəxslərin adları hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


AzNews.az