Putinə niyə general rütbəsi verilmir?

19 Fevral 2021 15:00 (UTC+04:00)

"Rusiya prezidenti Vladimir Putin hələ də polkovnikdir".

AzNews.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib.

Jurnalistlərin “Vladimir Putin niyə general deyil polkovnikdir?” sualına cavabında o deyib: “Yəqin ki, prezident bu rütbəyə dəfələrlə layiq olub, ancaq o, dövlətin idarə edilməsinin gündəlik məsələləri ilə məşğul olur. Vladimir Putin kadr zabit deyil”.