Əfv Məsələləri Komissiyasının iclası başa çatıb - YENİLƏNİB

19 Fevral 2021 19:53 (UTC+04:00)

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının videokonfrans formatında növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, iclasda komissiyaya daxil olan müraciətlərdən 100-dən çoxuna baxılıb.

Bununla da komissiyaya daxil olan müraciətlərdən baxılanların sayı 200-ü ötüb.

15:12

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə növbəti iclası başlayıb.

AzNews.az xəbər verir ki, toplantıda əfvlə bağlı müraciətlərə baxılacaq.