"Qarabağ müharibəsi türk silahlarının effektivliyini açıq şəkildə göstərdi"- HULUSİ AKAR

19 Fevral 2021 16:59 (UTC+04:00)

“Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün aparılan müharibədə Türkiyə istehsalı olan silah sistemlərinin effektivliyi özünü açıq şəkildə göstərib”.

AzNews.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Bu gün Silahlı Qüvvələrimiz yerli və milli imkanlarla istehsal edilən silah, nəqliyyat vasitəsi və hərbi sursatları effektiv şəkildə istifadə edərək meydanda böyük uğurlara nail olub və olmaqdadır" deyən nazir "Artıq Milli Piyada Tüfəngimizi (MPT), öz döyüş gəmilərimizi, freqatlarımızı, pilotsuz uçan aparatlarımızı, zərbə PUA-larımızı, “Fırtına” haubitsalarımızı, YARS-larımızı, ATAK helikopterlərimizi, smart hərbi sursatımızı hazırlayıb istehsal, emal və ixrac səviyyəsinə çatdırmışıq”, - söyləyərək fikrini tamamlayıb.(Report)

AzNews.az