Kişilər 43 yaşda böyüyür - Araşdırma

12 İyun 2013 18:10 (UTC+04:00)
Aparılan elmi araşdırmalar göstərib ki, kişilər ancaq 43 yaşında yetkinləşirlər.

"İckelodeon" televiziya kanalında yayımlanan bir proqramda elan edilən araşdırma nəticələrinə görə, qadınlar kişilərə nisbətən daha tez - 32 yaşında artıq yetkin insan olurlar.

Kişilərin yetkinliyə ancaq 43 yaşında çatdıqlarını göstərən araşdırma nəticələrinə görə, bunu onların davranışındakı 30 xüsusiyyət də sübut edir.

Belə ki, kişilər bu yaşa qədər qadınların əsla yol vermədikləri uşaq hərəkətlərdən əl çəkə bilmirlər. Bu hərəkətlərə isə aşağıdakılar daxildir:

Gecə saat 2-də yemək sifariş vermək

Kompyuterdə oyun oynamaq

Maşını sürətlə sürmək və başqa maşınla yarışmaq

Bəzi ayıb kəlmələri eşitdikdə gülmək

Maşında yüksək səslə musiqi dinləmək

Çərçivədən kənara çıxan zarafatlar etmək

Oyunlarda uşaqlarla rəqabət aparmaq

Dostları ilə bərabər olduqları zaman eyni lətifələri danışıb təkrar-təkrar gülmək

Analarına yemək hazırlatmaq

Yerə zibil tullamaq və s.

Elnarə
AzNews.az