Bakıdan Yerevana təyyarə uçub – TƏSDİQ OLUNDU

12 İyun 2013 14:02 (UTC+04:00)

Mayın 23-də Bakıdan İrəvana təyyarənin uçması barədə erməni mətbuatında yayılan xəbərlərə aydınlıq gətirilib. Erməni mətbuatını yazdığına görə, "Zvartnoç" aeroportunun mətbuat xidmətinin rəhbəri Qevorq Abramyan xəbəri təsdiqləyib.

O, Bakıdan İrəvana uçan təyyarənin ATƏT-in Minsk qrupu həmsədrləri üçün ayrıldığını bildirib. Eyni zamanda qeyd edib ki, təyyarə ATƏT təmsilçilərini İrəvana apardıqdan sonra geri - Bakıya qayıdıb.

Qeyd edək ki, bundan əvvəl "Zvartnots.am" saytında 23 mayda Bakıdan İrəvana ESW 888 saylı reysin uçduğu barədə xəbər yer almışdı. Təyyarənın Azərbycanın "SW Business Aviation" şirkətinə məxsus olduğu bildirilirdi.

Xatırladaq ki, Azərbaycan tərəfi yayılan xəbərlərə heç bir münasibət bildirməyib.

Elnarə
AzNews.az