Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
BNA yanında İctimai Şuranın tərkibi aşağıdakı şəxslərdən ibarətdir:
İctimai Şuranın sədri
Əliməmməd Nuriyev - "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
İctimai Şuranın sədr müavini
Fərhad Eyyubov - Azərbaycan Texniki Universitetinin Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi kafedrasının dosenti, nəqliyyat eksperti
İctimai Şuranın üzvləri
Sahib Məmmədov – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri
Ceyhun Osmanlı – Azərbaycan Könüllülər İctimai Birliyinin yaradıcısı
Davud Rəhimli – Əlil Təşkilatları İttifaqının prezidenti, BMT-nin Əlilliyi olan şəxslər haqqında Konvensiyasnın icrasına dair layihələr üzrə beynəlxalq ekspert
İmaməddin Quliyev – Könüllülər İctimai Birliyinin sədri
Kamal Məmmədov - Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Baş katibi
Elməddin Muradlı – avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert
Nərminə Qasımova – İqtisadi və Sosial İnkişaf Mərkəzinin Proqramlar direktoru